A24 Xeber

ARB TV azyaşlılara siqareti açıq-aşkar təbliğ etdi – VİDEOFAKT

ARB TV azyaşlılara siqareti açıq-aşkar təbliğ etdi – VİDEOFAKT
176
29 Yanvar 2018 - 15:17

Ötən axşam ARB TV-nin efirində siqaretin ziyanlarından danışılan sənədli film nümayiş olunub.

A24.Az xəbər verir ki, sənədli film “Ölüm tüstüsü və ya səkkiz saniyəlik həyat” adlanıb.

Məsələ burasındadır ki, sənədli filmdə uşaqların izləməməsi gərəkən ziyanlı vərdişlər açıq-aşkar nümayiş edilib. Üstəlik siqareti çəkənlər arasında elə azyaşlılar da olub. Azərbaycanda televiziyalara qoyulan məhdudiyyətə görə, bu cür kadrlar açıq-aşkar nümayiş edilməməliydi.

Həmin videofaktları sizə təqdim edirik:

Qeyd edək ki, bu tip ziyanlı vərdişlərdən bəhs edən proqramların yayımlandığı vaxt da önəmlidir. Uşaqlar üçün ayrılan vaxt 22:00-da başa çatdığından, azyaşlıların izləməməsi gərəkən proqramlar məhz bu saatdan sonra yayımlanmalıdır. Lakin sənədli filmin nümayiş edildiyi vaxt 19-20:00 arası olub.

N.A24.Az 

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00