A24 Xeber

Arda Turan üçün 65 milyon avro

Arda Turan üçün 65 milyon avro
190
27 İyun 2017 - 15:40

“Barselona” gələn mövsüm heyətində saxlamaq istəmədiyi Arda Turan üçün astromonik transfer məbləği müəyyənləşdirib.

A24.Az xəbər  verir ki, Kataloniya klubunun türk ulduz üçün 65 milyon avro tələb etdiyi müəyyənləşib.

İddia olunur ki, Çinin iddialı klublarından “Quanqzu Everqrande” Arda Turanla ciddi şəkildə maraqlanır və hətta futbolçunun qiymətini soruşub. Artıq “Barselona” rəhbərliyi də çinlilərlə danışıqlara başlamağa hazır olduğunu bildirib.

Bu transfer baş tutsa, Arda Turan türk futbol tarixinin ən böyük transferi olaraq rekord qıracaq. 30 yaşlı futbolçu 2011-ci ildə “Qalatasaray”dan “Atletiko”ya 13 milyon avroya keçib. “Barselona” isə 4 il sonra onu 34 milyon avroya (bonuslarla 41 milyon) alıb.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00