A24 Xeber

Arıqlamağın daha asan yolu tapıldı – Dondurmaqla

Arıqlamağın daha asan yolu tapıldı – Dondurmaqla
67
03 Aprel 2018 - 15:37

Beyində ifraz olunan aclıq hormonu dondurulan zaman arıqlamaq daha asan olur.

“A24.az” Türkiyə mediasına istinadən xəbər verir ki, piylənmə hər zaman elm adamlarının araşdırdığı və davamlı olaraq yeni şeylər kəşf etdiyi bir problemdir.

Amerikanın Atlanta əyalətində yerləşən Emory Universiteti Tibb Fakultəsində piylənmə ilə bağlı müxtəlif araşdırmalar aparılıb və araşdırma zamanı maraqlı nəticələr əldə edilib.

Araşdırmaya görə, beyində yaranan və “aclıq siniri” olaraq adlandırılan hissə dondurularaq aclıq hissinin qarşısı alınıb. Araşdırma üçün seçilən 10 insana iynə vurulub. Bu iynə sayəsində 2 dəqiqə ərzində beynin “aclıq siniri”olan hissəsi donub.

Piylənmə problemi yaşayan xəstələrin 30-45 gün ərzində daha asan şəkildə arıqladığı müşahidə edilib. Hətta həmin insanların yağ göstəriciləri 3,6 faizlə 13,6 faiz arasında dəyişiklik göstərib.

A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00