Artıq avtomobillər sizin yerinizə alış-veriş edəcək - FOTOFAKT

Artıq avtomobillər sizin yerinizə alış-veriş edəcək – FOTOFAKT
Want create site? Find Free WordPress Themes and plugins.

Deyv Ferqson və Ciyacun Zu adlı iki mühəndis sürücüsüz avtomobil kəşf ediblər.
A24.Az xəbər verir ki, bu texniki yenilik alış-verişi tək başına edib, ünvana çatdırılma xidmətini yerinə yetirir. Artıq nümunə versiyası öz təstiqini tapan avtomobil ən son müştərisinə kimi xidmət etməklə kodlaşdırılıb. Şirkət rəsmiləri bu avtomobillə bağlı “həm sürətli, həm etibarlı, həm də ki, alış-verişdə odəmələri edə bilən ağıllı bir vasitə” kimi dəyərləndirirlər.
Ağıllı avtomobil ilk baxışda çörəkbişirmə mexanikasını xatırlatsa da funksiyaları çoxdur. Belə ki, bu yeni kəşfin nə pəncərələri, nə də sürücü sükanı yoxdur.

Maraqlı məqam isə ondan ibarətdir ki, bu mexanizmdə 360 dərəcni görə bilən kamera, yol hərəkəti qaydalarına, sürət həddinə əməl edən program sistemi də yerləşdirilib.
“Məqsədimiz insan transferi deyil, məhsul və paketlərin ünvanlara çatdırılmasıdır”- deyən rəsmilər, heç bir texnikadan nümunə götürülmədiyini də bildirib.
Park etmə funksiyasının da təkmilləşdirildiyi ağıllı qurğu qəza hallarını da minimuma endirə bilir. Həsas dizayn edilən bu mexanizmdə qarşısına çıxan maneələrə zərər vurmaması üçün təhlükəsizlik tədbirləri yüksək həddə düşünülüb.


X.V, A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Texnologiya, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar