A24 Xeber

Artıq bu ölkədə 3D printerlə evlər tikilir

Artıq bu ölkədə 3D printerlə evlər tikilir
67
07 İyun 2018 - 15:16

Hollandiyanın Eindhoven şəhərində üç ölçülü printer texnologiyası ilə insanların yaşaya biləcəyi evlər inşa edilir.

“A24.az” xarici mediaya istinadən xəbər verir ki, şəhərin müəyyən yerlərində üç ölçülü printerlə evlər tikiləcək. Layihə “Van Wijnen” inşaat şirkətinin və Eindhoven Texnologiya Universitetinin birgə iş birliyi çərçivəsində həyata keçiriləcək.

3D printer xüsusi qarışımla hazırlanan sementi memarın dizaynına görə tökərək evləri inşa edəcək. Şirkət rəhbərlərindən Rudy van Grup bu üsulla inşaat xərclərini azaldacağını, sementdən az istifadə etməklə ətraf mühitə dəyən ziyanın qarşısının alınacağını bildirib.

“The Guardian”da yer alan xəbərə görə, 2019-cu ildə tikilib qurtarması gözlənilən evlərə indidən ikiotaqlı ev üçün 20 ailə müraciət edib.

A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00