A24 Xeber

Artıq çəkini necə gizlətməli?- MƏSLƏHƏT

Artıq çəkini necə gizlətməli?- MƏSLƏHƏT
648
24 Mart 2017 - 19:32

Artıq çəki problemi ilə üzləşənlər həmişə qara rəngdə paltar geyinmək məcburiyyətində deyillər.

Trendlər tez-tez dəyişir, amma vücud quruluşunu dəyişmək çox çətindir, bəzən isə mümkünsüzdür.

A24.Az xəbər verir ki, ona görə də bədən quruluşuna uyğun geyimlər seçmək lazımdır.

Yaxşı və nisbətən incə görünməyin üsulu düzgün parça növlərindən istifadə etməkdən keçir. Parçanın rəngi, modeli, materialı da nəzərə alınmalıdır. Həm də bədəninizin hansı hissəsinin kök, hansı hissəsinin arıq olmasını da nəzərə almalısınız ki, paltarla gizlədə biləsiniz.

Bizi xoşbəxt edəcək parçaları necə seçməliyik?

Qara insanı arıq göstərir. Amma bu qarderobunuzda qara rənglərdən çox olmağına əsas vermir.

Artıq kiloları gizlətmək üçün A formalı paltarlar və ətəklərə üstünlük verilməlidir. Beləliklə, baldırlar və budlar gizlədiləndə incə görünüşə sahib olmaq olur.

Beli aşağıdan olan şalvarları qətiyyən geyməyin. Normal və ya beli yuxarıdan olan şalvarlarda ehtiyac yaranarsa, nazik kəmərlərdən istifadə etmək olar.

Qol, ayaq topuqları və boyun hissələrini açıqda qoysanız, daha incə görünərsiniz.

Ümumiyyətlə,  üst paltarlar naxışlı, ətək, şalvar və ya şortun isə tünd və bir  rəngdə olmağına üstünlük verilməlidir.

Eninə zolaqlı paltarlardan qaçınmaq lazımdır.

Paltar satın alarkən bir bədən böyük almayın. Çünki bu daha da kök görünməyə səbəb olur. Ən doğrusu öz bədəninizə uyğun olanını almaqdır.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00