Artıq dişi kariyesdən qorumaq mümkün olacaq

Artıq dişi kariyesdən qorumaq mümkün olacaq
Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ-ın kimyaçı alimləri diş ərpi və daşının yaranmasına səbəb olan mikrob təbəqəsini əridə bilən nanomaterial yaradıblar.

“A24.az”ın məlumatına görə, Pensilvaniya Universitetindən (Filadelfiya, ABŞ) Xyun Ku və onun həmkarları orqanizmdə dəmir çatışmazlığına qarşı mübarizə məqsədilə yaradılmış nanohissəciklərlə eksperiment apararkən diş daşını və onunla əlaqəli streptokok biotəbəqəsini təmizləməyin effektiv yolunu kəşf ediblər. Bu preparat turşu mühitinə düşərkən daha çox hidrogen-peroksid ayırmağa başlayır. Peroksid bakteriyaları öldürür və dişlərin sağlam hissələrinə toxunmadan onları məhv edir.

Alimlər diş daşından nümunələr götürərək nanohissəciklərin onlara təsirini öyrəniblər. İlk təcrübə göstərib ki, bu cür “diş tozu” diş emalını zədələmədən ərpi tez dağıdır və mikrobları öldürür. Bu cür nanohissəcikləri diş pastasına, yaxud kariyesə qarşı məhlullara əlavə etmək olar.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Sağlamlıq
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar