A24 Xeber

Arvadını stəkanla öldürən şəxsin şikayəti təmin edilmədi

Arvadını stəkanla öldürən şəxsin şikayəti təmin edilmədi
587
16 Mart 2017 - 0:01

Bakı Apellyasiya Məhkəməsində arvadının qətlində təqsirləndirilən Müzəffər Piriyevin apellyasiya şikayətinə baxılıb.

A24.Az xəbər verir ki, məhkəmə şikayəti təmin etməyib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M. Piriyev 19 il müddətinə azadlıqdan məhrum edilib. O, hökmdən verdiyi apellyasiya şikayətində cəzasının azaldılmasını istəyib.

Qətl hadisəsi ötən il Səbail rayonu, Gülbala Əliyev küçəsi 13 ünvanında baş verib. Həmin ünvanda yaşayan 1971-ci il təvəllüdlü M.Piriyev ailə-məişət münaqişəsi zəminində həyat yoldaşı, 1982-ci ildə anadan olmuş Abbasova Cəlalə Yaşıl qızını qətlə yetirib. Hadisədən sonra M.Piriyev özü polisə gələrək hadisə barədə məlumat verib. İlkin dindirilmə zamanı o, arvadını boğduğunu bildirib. Amma meyitin müayinəsi zamanı müəyyən edilib ki, qadın beyninə qan sızma nəticəsində ölüb. Səbəb isə başına vurulan zərbələr olub. M.Piriyev şüşə stəkanla həyat yoldaşının başına bir neçə zərbə vurub.

APA

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00