A24 Xeber

Arzu Əliyevanın qayınanasıyla FOTOSU

Arzu Əliyevanın qayınanasıyla FOTOSU
117
30 May 2018 - 11:10

Prezidentin kiçik qızı, Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevanın qaynanası İrina Pomelova ilə fotosu yayılıb.

“A24.az” bildirir ki, İ.Pomelova gəlini və oğlu Səməd Qurbanovla birgə gün keçirib. Foto hamı tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, Səməd Qurbanov ailənin yeganə oğlan övladıdır. Onun Valentina adlı bacısı da var. S.Qurbanovun mərhum atası Aydın Qurbanov həm ictimai, həm də xeyriyyə fəaliyyəti ilə məşğul olub. Ümumrusiya Azərbaycanlıları Konqresinin yaranması ideyası ona məxsusdur, onu həm də xeyriyyəçi kimi tanıyırlar.

Rusiyanın ən zəngin azərbaycanlılarından olan Aydın Qurbanov Lüksemburqun “Evraz” Şirkətlər Qrupunda, Nijnı Taqil, Qərbi Sibir və Kuznetsk metallurgiya kombinatlarında pay sahibi idi. Səmədin atası vəfat edəndən sonra ailə başçısının biznes fəaliyyətini Aydın Qurbanovun həyat yoldaşı İrina Pomelova davam etdirib. Onun həm sahib kimi fəaliyyət göstərdiyi «Koros» Şirkətlər Qrupuna iri meşə şirkətindən əlavə 3 plastmass zavodu daxildir.

big.az

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00