Aşan avtobusundakı sərnişinlərin çoxu məktəblidir - 18 nəfər yaralı var - FOTOLAR

Aşan avtobusundakı sərnişinlərin çoxu məktəblidir – 18 nəfər yaralı var – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Bakı-Qazax yolunda aşan turist avtobusunun sərnişinləri orta məktəb şagirdləri və onların valideynləri olub.

“A24.az”ın APA-ya istinadən verdiyi məlumata görə, Gürcüstanın Qori şəhərindən olan orta məktəb şagirdləri və onların valideynləri Bakıya ekskursiyaya yollanıblar.

Avtobusda olan 20 uşaq və 10 valideyn müxtəlif dərəcəli xəsarətlər alıb.

İlkin məlumatlara əsasən, Bakı-Qazax yolunda sərnişin avtobusunun “KamAZ” markalı yük maşını və “Mercedes” markalı avtomobillə toqquşması nəticəsində 18 nəfər xəsarət alıb.

Bunu Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məsləhətçisi Səfayə Əhmədova deyib.

Onun sözlərinə görə, ilkin məlumatlara əsasən, xəsarət alanların vəziyyəti ağır deyil. Mətbuat xidmətinin məsləhətçisi bildirib ki, xəsarət alanlar Şirvan və Hacıqabul rayon Mərkəzi xəstəxanalarına yerləşdiriliblər.

S.Əhmədova əlavə edib ki, qəza baş verən kimi hadisə yerinə Şirvandan 4, Hacıqabuldan isə 3 təcili tibbi yardım maşını gəlib: “Yaralılar təcili tibbi yardım maşınları vasitəsilə xəstəxanalara çatdırılıblar. Qəza nəticəsində ölən olmayıb”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Gündəm, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar