"ASAN" visa rüsumları AÇIQLANDI: Türkiyə, Yaponiya...

“ASAN” visa rüsumları AÇIQLANDI: Türkiyə, Yaponiya…
Want create site? Find Free WordPress Themes and plugins.

Heydər Əliyev adına Beynəlxalq Hava limanında “ASAN Viza” vasitəsilə əcnəbilərin ödəyəcəyi rüsumlar açıqlanıb.

Oxu.Az-ın xəbərinə görə, “ASAN xidmət”in sədri Ülvi Mehdiyev jurnalistlərə açıqlamasında bildirib ki, Yaponiya vətəndaşları üçün hava limanlarında “ASAN Viza” pulsuz olacaq, Türkiyə vətəndaşları üçün rüsum 10 dollar təşkil edəcək.

Yerdə qalan 15 ölkənin vətəndaşları üçün hava limanlarında “ASAN Viza” rüsumu 20 dollardır.

Qeyd edək ki, bu gündən “ASAN Viza” özünəxidmət terminalları vasitəsilə Heydər Əliyev Beynəlxalq Hava Limanında əcnəbilərə vizaların verilməsinə başlanılıb.

“ASAN Viza” vasitəsilə hava limanında 15 ölkənin – Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Çin, İran, İsrail, İndoneziya, Küveyt, Qətər, Malayziya, Oman, Səudiyyə Ərəbistanı, Sinqapur, Türkiyə və Yaponiya vətəndaşları üçün birbaşa vizaların verilməsi təmin ediləcək.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İqtisadiyyat
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar