“ASAN xidmət”ə yeni sədr təyin olundu

“ASAN xidmət”ə yeni sədr təyin olundu
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə yeni sədr təyin olunub.

A24.Az xəbər verir ki, prezident İlham Əliyevin sərəncamına əsasən, Ülvi Ramiz oğlu Mehdiyev Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, bundan əvvəl Ü.Mehdiyev Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini vəzifəsində çalışıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sabiq sədri İnam İmdad oğlu Kərimov Azərbaycan Respublikası prezidentinin 2018-ci il 21 aprel tarixli sərəncamı ilə kənd təsərrüfatı naziri vəzifəsinə təyin edilib.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar