"ASAN" xidmətlərin sayı 20 OLACAQ: 2019-cu il sonuna kimi

“ASAN” xidmətlərin sayı 20 OLACAQ: 2019-cu il sonuna kimi
Want create site? Find Free WordPress Themes and plugins.

“Bu il 3 “ASAN xidmət” mərkəzi açılır. Onlardan biri fevral ayında Mingəçevir şəhərində istifadəyə verilib. Digər iki mərkəz isə Şəki və İmişli şəhərlərində açılacaq. Daha 5 mərkəzin tikintisi ilə bağlı göstəriş verilmişdir. Onlar gələn il açılmalıdır. Beləliklə, gələn ilin sonuna qədər bizdə 20 “ASAN xidmət” mərkəzi olacaq”.

A24.Az-ın “Report”a istinadən xəbərinə görə, bunu aprelin 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

“Ailə Biznesinə Asan Dəstək (ABAD) mərkəzləri yaradılır. Bunun da həm sahibkarlığın, həm də biznesin inkişafı üçün böyük əhəmiyyəti var. ABAD mərkəzlərində rəqabətqabiliyyətli məhsullar yaradılır. Mən dövlət şirkətlərinə göstəriş vermişdim və özəl şirkətlərə tövsiyə etmişdim ki, bu sahəyə diqqət göstərsinlər. Bu proses artıq başlamışdır”, – deyə, dövlət başçısı əlavə edib.

Onun sözlərinə görə, bu il 5-6 min insan özünüməşğulluq proqramı ilə əhatə ediləcək: “Bu, işsizliyin aradan qaldırılması və yoxsulluğun azaldılması istiqamətində önəmli addım olacaq. Kifayət qədər vəsait var. Sadəcə olaraq bu işlər düzgün təşkil edilməlidir ki, ehtiyacı olan insanlara pul qazanmaq üçün vasitələr verilsin”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar