A24 Xeber

Asiya PA-nın üzvü: “Azərbaycanda keçirilmiş seçkilər nümunəvidir”

Asiya PA-nın üzvü: “Azərbaycanda keçirilmiş seçkilər nümunəvidir”
29
11 Aprel 2018 - 20:36

“Bir neçə seçki məntəqəsində müşahidələr apardıq. Seçki məntəqələrində prezidentliyə namizədliyi qeydə alınan şəxslərin nümayəndələri rahat şəkildə fəaliyyət göstərirdi”.

Bunu Asiya Parlament Assambleyası sədrinin xüsusi nümayəndəsi, Türkiyə Böyük Millət Məclisinin deputatı Burhan Kayatürk prezident seçkiləri ilə bağlı təşkil olunan mətbuat konfransında deyib.

Prezident seçkilərinin Azərbaycana, regiona sülh və sabitlik gətirəcəyinə əminliyini ifadə edən B. Kayatürk səsvermənin standartlara cavab verdiyini söyləyib.

Banqladeş parlamentinin üzvü Nazrul İslam Chovdhury bildirib ki, Bakı və Bakı ətrafında yerləşən seçki məntəqələrində müşahidə aparıblar: “Məntəqələrdə təşkilatçılıq yüksək səviyyədə idi. Azərbaycanda keçirilmiş seçkilər nümunəvidir. Qardaş Azərbaycan xalqına uğurlar arzulayıram”. //apa

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00