A24 Xeber

Aslı Ənvərdən ayrılan Murat Boz haqqında YENİ İDDİA

Aslı Ənvərdən ayrılan Murat Boz haqqında YENİ İDDİA
61
23 Aprel 2018 - 14:37

Ayrılmağa qərar verən Aslı Ənvərlə Murat Boz haqqında yayılan iddialara daha biri əlavə olunub.

“A24.az” Türkiyə mediasına istinadən xəbər verir ki, Aslı ilə barışmaq istəməyən Murat Boz telefon nömrəsini dəyişdirib.

İddialara görə, Aslı Ənvər ilə münasibətlərinə son qoyan Murat Boz barışmaq üçün ona dayanmadan zəng edən aktrisaya görə, köhnə nömrəsini yenisi ilə əvəz edib. Hətta ortaq dostlarının mesajlarına da cavab verməyən Murat Boz yalnız yaxınlarının bildiyi yeni bir nömrədən istifadə etməyə başlayıb.

Çıxan xəbərlərə görə, aktrisa qısqanc xasiyyəti ilə popçunu bezdirib. Qısqanclıq hissi onların işlərinə də yansıyıb və buna dözə bilməyən Murat Boz “Aslı, bəsdir” deyərək ayrılmağa qərar verib.

Bir müddət istirahət etmək üçün Mayamiyə gedən müğənni dünən qayıdıb. Lakin popçu barışmaq üçün ona zəng edən Aslıya cavab verməyib və telefonunun nömrəsini dəyişdirib. Həmçinin Murat Bozun Mayamidə olan zaman ailəsi ilə gizli nömrədən danışdığı deyilir.

Lakin irəli sürülən digər iddialara görə, ayrılığa səbəb Aslı Ənvərin evlənmək istəyi olub.

A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00