AŞPA Monitorinq komitəsinin sədri Azərbaycan üzrə həmməruzəçi təyin olundu

AŞPA Monitorinq komitəsinin sədri Azərbaycan üzrə həmməruzəçi təyin olundu
Want create site? Find Free WordPress Themes and plugins.

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq komitəsinin bu gün keçirilən iclasında Azərbaycan üzrə yeni həmməruzəçi təyin olunub.

A24.Az APA-ya istinadən xəbər verir ki, iclasda britaniyalı Roger Gale Azərbaycan üzrə yeni həmməruzəçi təyin edilib.

O, həmçinin Monitorinq komitəsinin sədridir.

Digər həmməruzəçi isə avstriyalı Stefan Şennak olaraq qalır.

Qeyd edək ki, bundan əvvəlki həmməruzəçi, rumıniyalı parlamentar Sezar Florin Predaya qarşı AŞPA-nın Prosedur qaydaları, immunitetlər və institusional məsələlər komitəsi tərəfindən bu ilin mayında sanksiya tətbiq olunub.

Onun adı korrupsiya əməllərində hallanır.

Preda bu səbəbdən Azərbaycan üzrə həmməruzəçilikdən kənarlaşdırılıb.Sanksiya 2 il ərzində qüvvədə olacaq.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar