Astarada yol qəzası - Xəsarət alan var

Astarada yol qəzası – Xəsarət alan var
Want create site? Find Free WordPress Themes and plugins.

Astarada yol qəzası olub, bir nəfər yaralanıb.

A24.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Şüvü kəndində qeydə alınıb.

Qəza zamanı iki “VAZ 2106” markalı avtomobil toqquşub. Nəticədə sürücülərdən biri, Şüvü kənd sakini, 1982-ci il təvəllüdlü Siya Qurbanəli oğlu Mahmudov xəsarət alıb. O, ətrafdakı insanların köməkliyi ilə əvvəlcə Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Burada ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Vəziyyəti ağır olduğundan oradan təcili yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilərək, reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar