Astronomlar "SÜD YOLU" ilə bağlı yeni DETALLAR AŞKAR EDİB

Astronomlar “SÜD YOLU” ilə bağlı yeni DETALLAR AŞKAR EDİB
Want create site? Find Free WordPress Themes and plugins.

Astronomların yeni tədqiqatları qalaktikaların mərkəzindəki ən böyük qara dəliyin ətrafında kiçik analoqlarının ola biləcəyi nəzəriyyəsini təsdiq edir.

A24.Az “Nature” jurnalına istinadla xəbər verir ki, Süd yolu qalaktikasının mərkəzini araşdıran tədqiqatçılar bununla bağlı yeni dəlillər tapıblar. Nyu-Yorkdakı Kolumbiya Universitetinin alimi Çarlz Heylinin rəhbərlik etdiyi qrup NASA-nın “Chandra X-ray” teleskopunun uzunmüddətli müşahidələrinin nəticəsi olan məlumatları təhlil edərək bu nəticəyə gəlib. Onların hesabatında nəhəng qara dəliyin ətrafında minlərlə kiçik analoqlarının olduğu yazılıb. Süd yolunun mərkəzindəki “Oxatan A*” (Sgr A*) adlanan ən böyük qara dəlik qazlar və tozla əhatə olunmuş nəhəng halə (iri ulduzların ətrafında görünən işıq dairəsi) yaradır ki, bu, çoxlu sayda ulduzların doğması və məhv olması nəticəsində əlavə analoqlar meydana gətirir. Kiçik həcmli qara dəliklər tez bir zamanda enerjisini itirir və “Oxatan A*”nın təsiri altına düşürlər. Beləliklə, nəhəng qara dəliyin ətrafında onu müşayiət edən çoxsaylı analoqlar yaranır.

Professor Heylinin qənaətinə görə, qalaktikamızın mərkəzi Yer kürəsindən çox uzaqda yerləşdiyindən, teleskopla onun mərkəzini yalnız hər 100-1000 ildən bir baş verən partlayışlar nəticəsində əmələ gələn şəfəqdə görmək mümkündür. Bu səbəbdən, Kolumbiya Universitetinin astronomları müşahidə aparmaq üçün qara dəliklərin zərif və davamlı “X-ray” şüalarından istifadə edirlər. Onları təcrid edən parlaq ulduz kütləsi azaldığı zaman baş verən zəif qaz partlayışlarını teleskopla qeydə almaq mümkündür. Məhz bu qeydlər nəticəsində 12 kiçik qara dəlikdən ibarət olan kompleks aşkar edilib.

Professor Heyli bildirib ki, halənin kənarında “Sgr A*”dan uzaqda yerləşən və sayı 10 minə yaxın olduğu güman edilən kiçik qara dəliklər alimlərə imkan verəcək ki, kainatda qravitasiya dalğasının gücü ilə bağlı nəzəriyyəni təkmilləşdirsinlər. Albert Eynşteynin ümumi nəzəriyyəsi əsasında 2015-ci ildə aparılmış “Ligo” eksperimentində qravitasiya dalğaları ləpələrinin birinin qara dəliklərin toqquşmasından yarandığı aşkar edilmişdi.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar