Ata evi yandırdı, üç uşaq öldü-ŞOK SƏBƏB

Ata evi yandırdı, üç uşaq öldü-ŞOK SƏBƏB
Want create site? Find Free WordPress Themes and plugins.

Rusiyanın Samara vilayətinin Lozovka kəndində yaşayış evində yanğın baş verib.

A24.az APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində 3 uşaq ölüb. Daha bir nəfər xəstəxanaya yerləşdirilib.

Yanğın zamanı evdə ümumilikdə 7 uşaq olub. Onlardan 4-ü xilas ola bilib.

Fövqəladə Hallar Nazirliyinin regional idarəsindən bildiriblər ki, ilkin ehtimala görə, yanğın qəsdən törədilib.

Hadisədə şübhəli bilinən uşaqların atası saxlanılıb.

O yanğını qəsdlə törətdiyini etiraf edib. 25 yaşlı ata bildirib ki, sərxoş vəziyyətdə evi və əşyaları yandıraraq qaçıb. O bu əməli hansı səbəbdən törətdiyini açıqlamayıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar