A24 Xeber

Ata necə bilməlidir ki,  qızını verdiyi şəxs gey deyil – ŞƏRH

Ata necə bilməlidir ki,  qızını verdiyi şəxs gey deyil – ŞƏRH
639
23 İyun 2017 - 14:44

Son illərdə geylərin (homoseksualların) sayı artır. Məsələ o yerə gəlib çatır ki,  ata qızını telli-duvaqlı gəlin köçürdür, bütün adət-ənənələrə riayət edilərək qız ərə verilir. Amma ailə qurulduqdan sonra gənclər arasında uçurum dərinləşir. İki gəncin evliliyi boşanma ilə nəticələnir. Azərbaycan mentalitetində adətən qıza ata cavabdehdir. Bundan sonra atanın çiyinlərində böyük yük qalaqlanır. Ata qızının nikahının baş tutmamasında özünü günahkar hesab edir. Bəs, bir oğlanın homoseksual (gey) olduğunu necə bilmək olur?

Homoseksuallıq eynicinslilər arasında yaşanan romantika, eşq və cinsi əlaqədir. Homoseksualizm Ümumdünya Səhiyyə Təşkilatının xəstəliklər sırasından çıxarılıb.

Azərbaycanın mental dəyərləri  çox zaman geylərin açıq-aşkar özünü göstərməsinə mane olur. Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmov A24.Az-a açıqlama verərkən qeyd edir ki, atanın qızını verdiyi şəxsin gey olub-olmadığını bilməsi çətin məsələdir.

“Burada konkret nəsə demək  çətindir. Çünki onların eləsi var ki,  üz quruluşu,  hərəkət və davranışlarından ayırd etmək olmur.  Yəni bunlarda homoseksualizm əlamətləri gizli şəkildə  baş verir. Bəzilərində isə özünü açıq şəkildə büruzə verir, bu onların oriyentasiyasından hiss edilir. Bu tərəflərin  özünə bağlı olan bir problemdir. Burda atanın  qızını verib-verməməyindən çox qızın oğlanla  gedib-gəlməyi,  ünsiyyətdə olmağı vacibdir”.

Psixoloq bildirir ki,  qız ən azından gələcəkdə evlənəcəyi adamın gey olub-olmadığını davranışından, hərəkətlərindən hiss etməlidir. Qızlar içərisində də lezbiyanlıq əlamətləri yayılıb,  bu büruzə də verə bilir, gizli şəkildə də inkişaf edə bilir.  Problemin həll yolları var. Belə tip insanlar  dəstək almaqdan çəkinirlər. Ola bilər ki, şəxsin bioloji,  hormonlarla bağlı bir problemi olsun.   Bir qismində də psixoloji faktorlardan dolayı özünü göstərsin.   Beynəlxalq təsnifatda da homoseksuallıq xəstəlik kimi götürülmür.Bunun homoseksuallığın  çox yayılmağından, yoxsa dünyada müəyyən qüvvələrin xüsusi maraqlarının olmasından asılı olduğunu deyə bilmərəm. Homoseksualizm genofondumuza böyük təsir göstərir.  Yaxşı olardı ki,  reabilitasiya alsınlar. Sağalmayanlarla  müəyyən tədbirlər görülsün. Söhbət insan hüquqlarınının müdaxiləsindən getmir. Söhbət cəmiyyətin genefonduna təsir etməkdən,   insanlararası münasibətlərdə dağılmanın müşahidə edilməsindən,  boşanma prosesinə vurulan zərbələrdən gedir”.

Psixoloqun sözlərinə görə,  homoseksualizmi hormonların analizi ilə tam olaraq təyin etmək mümkündür. “Cütlüklər arasında problem varsa, deyə bilmərsən ki, get hormonlarını yoxlat. Bu təhqir kimi qəbul edilir. Gənclər ailə qurmazdan əvvəl bir-birlərini yaxşı tanımalıdırlar. Müəyyən müddətdən sonra ailə qurmağa qərar verməlidirlər”.

A24.Az

 

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00