Atatürkü təhqir edən hicablı qadın həbs olundu – VİDEO

Atatürkü təhqir edən hicablı qadın həbs olundu – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Anıtkabırda Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkü təhqir edən Safiya İnci Ankarada nəzarət altına alınıb.

“A24.az” Türkiyə mediasına istinadən xəbər verir ki, məsələ ilə bağlı  araşdırmanın başladıldığını açıqlayan Ankara Prokurorluğu Atatürkü təhqir edərək videonu sosial şəbəkədə paylaşan şəxsin saxlanılması üçün işə başladığını bildirib. Baş Prokurorluqdan verilən açıqlamada yer alan ifadələr bunlardır:

“Anıtkabirda Mustafa Kamal Atatürkü təhqir edərək videogörüntüsü sosial mediada yer alan şəxs ilə bağlı Ankara Prokurorluğunun Media Cinayətləri Araşdırma Bürosu tərəfindən istintaq başlamışdır. Şübhəli şəxsin saxlanılması üçün araşdırma davam etməkdədir. İctimaiyyətə hörmətlə…”

Başladılan istintaqdan dərhal sonra Safiye İnci Ankarada nəzarət altına alınıb və məhkəmə qarşısına çıxarılıb.

Məhkəmə Atatürkü təhqir edən qadın barəsində həbs qətimkan tədbiri seçib.

Qeyd edək ki, Safiya İnci Anıtkabırda Mustafa Kamalın ünvanına nalayiq ifadələr işlədərək görüntüləri sosial şəbəkədə paylaşmışdı. İnsanların sərt reaksiyalarında sonra qadın hər kəsdən üzr istəsə də, prokurorluq ictimai etirazı nəzərə alaraq fakt üzrə cinayət işi açıb.

“A24.az” sözügedən görüntüləri təqdim edir:

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar