A24 Xeber

ATƏT müşavirəsində əlbəyaxa dava – VİDEO

ATƏT müşavirəsində əlbəyaxa dava – VİDEO
55
11 Sentyabr 2018 - 23:07

Varşavada ATƏT-in insan haqları üzrə müşavirəsində Tacikistan hökumətinin nümayəndələri ilə müxalifət təmsilçiləri arasında dava olub. 

A24.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, müşavirənin keçirildiyi hotelin çıxışında Tacikistan müxalifətinin nümayəndəsi Sulaymoni Orzubu ölkənin rəsmi nümayəndə heyətinin üzvləri ilə fikir mübadiləsi aparmaq istəyib.

O, Tacikistanın İslami İntibah partiyasının keçmiş üzvü Aemiddin Sattorovla şəkil çəkdirmək istəyərkən, rəsmi nümayəndə heyətinin üzvü onu sifətindən yumruqla, sonra ayaqla vurub.

Hotel əməkdaşları davanın qarşısını alıblar.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00