A24 Xeber

“Atletiko” Avropa Liqasının qalibi oldu

“Atletiko” Avropa Liqasının qalibi oldu
34
17 May 2018 - 1:24

 Futbol üzrə Avropa Liqasında 2017-2018-ci illər mövsümünün qalibi müəyyənləşib.

Bu, İspaniyanın “Atletiko” klubudur.

Madrid təmsilçisi Fransanın Lion şəhərindəki eyniadlı stadionda keçirilmiş final matçında “Marsel” üzərində böyükhesablı qələbə qazanıb – 3:0. İlk iki qolu “Atletiko”nun fransalı hücumçusu Antuan Qrizmann vurub. O, 21-ci və 49-cu dəqiqələrdə fərqlənib. Oyunda son nöqtəni isə 89-cu dəqiqədə Qabi qoyub.

32-ci dəqiqədə “Marsel”in kapitanı Dimitri Payetin xidmətindən məhrum olub. Baldırından xəsarət alan Payet Maksim Lopeslə əvəzlənib. O, meydanı tərk edərkən, göz yaşlarına hakim ola bilməyib. “Atletiko”nun baş məşqçisi Dieqo Simeone isə cəzalı olduğu üçün görüşü tribunadan izləyib. Lakin bu məqam argentinalı mütəxəssisin komandasına tarixində üçüncü dəfə Avropa Liqasının qalibi olmaqda maneçilik törətməyib. Daha əvvəl Madrid təmsilçisi 2010 və 2012-ci illərdə Avroliqanın baş mükafatını əldə edib. “Marsel” üzərində qələbə sayəsində “Atletiko” 2018-2019 mövsümündə də Çempionlar Liqasının qrup mərhələsində iştirak hüququna yiyələnib.

Bu mövsüm də mübarizəyə eyni mərhələdən başlamış Simeonenin komandası Azərbaycan təmsilçisi qrupda “Qarabağ”la birgə yer almışdı. Komandalar arasındakı hər iki görüş heç-heçə ilə başa çatmışdı – 0:0, 1:1.

Final

16 may

22:45. “Marsel” (Fransa) – “Atletiko” (İspaniya) – 0:3

Qollar: Antuan Qrizmann, 21; 49. Qabi, 89

Baş hakimi: Byörn Keypers (Hollandiya)

Lion. Stad-de-Lion.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00