ATV rəhbərindən Lalə Azərtaşın kobud səhvinə reaksiya - VİDEO

ATV rəhbərindən Lalə Azərtaşın kobud səhvinə reaksiya – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Bu gün ATV telekanalında yayımlanan “ATV Səhər” proqramının aparıcısı Lalə Azərtaşın birbaşa efirdə “Gün gələcək, Azərbaycan ərazilərini işğal edəcəyik, həmin 20 faizi də…” sözləri sosial şəbəkədə birmənalı qarşılanmayıb. Aparıcının bu səhvə görə üzr istəməməsi müzakirələrə səbəb olub.

A24.Az Yenicag-a açıqlama verən ATV kanalının rəhbəri Azər Xəlilovun məsələyə münasibəti belə olub:

“Mən həmin süjeti izləməmişəm, məsələdən xəbərim yoxdur. Dinləyərəm, nəticə çıxararıq”.

ATV-nin mətbuat xidmətindən isə məsələyə belə münasibət bildirili:

“Canlı yayımın öz qaydaları var, belə hallar yaşanır. Heç bir aparıcı bu cür vəziyyətlərdən sığortalanmayıb. Aparıcı həmin an dediyinin fərqində olmayıb. Əslində isə, o,  “Gün gələcək, Azərbaycan ərazilərini işğaldan azad edəcəyik, həmin 20 faizi də…” demək istəyib”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Gündəm, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar