Autizmli uşaq və gənclər arasında velosiped yarışı keçiriləcək

Autizmli uşaq və gənclər arasında velosiped yarışı keçiriləcək
Want create site? Find Free WordPress Themes and plugins.

Sentyabrın 11-də Autizmlilərin İdman Klubları (AİK) autizmli uşaq və gənclər arasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş velosiped yarışı keçirəcək.

“A24.az” bildirir ki, AİK-in mətbuat xidmətindən verilən məlumata görə, Dənizkənarı Milli Parkda baş tutacaq velosiped yarışı Azərbaycan Respublikası Paralimpiya Komitəsinin və Azərbaycan Respublikası Velosiped İdmanı Federasiyasının (AVİF), Respublika Olimpiya Velosiped Məktəbinin təşkilatçılığı və AİK İctimai Birliyinin birgə təşəbbüsü ilə həyata keçiriləcək.

İdmanın bu növü autizmlilərin həyatında mühüm rol oynayır. Velosiped yarışının keçirilməsində məqsəd, həm də bu klublar arasında daha güclü idmançıları tapıb ortaya çıxarmaqdır.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman, Sağlamlıq
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar