A24 Xeber

Autizmli uşaqlara məcburi ağardıcı suyu içizdirirlər – Dini təriqət üzvləri

Autizmli uşaqlara məcburi ağardıcı suyu içizdirirlər – Dini təriqət üzvləri
85
30 Yanvar 2018 - 16:36

İngiltərədə autizm xəstəliyini müalicə edəcəyinə inanan, uşaqlarına ağarıdıcı vasitələrin suyunu və kimyəvi tərkibli maddələr içizdirən bir qrup valideyn polis tərəfindən nəzarət altına alınıb.

“A24.az” xarici mediaya istinadən bildiri ki, ölümlə nəticələnə bilən bu üsul ABŞ-da dini təriqət tərəfindən həyata keçirilib.

Hətta bəzi uşaqlara davranışlarında əngəl yaradan parazitləri bədəndən atacağı iddia olunan ağardıcı vasitələrin suyu ilə imalə edildiyi bildirilib. Bu hadisədə kilsə və aralarında Danny Glass adında keçmiş narkotik istifadəçisinin yer aldığı şəxslər iştirakçı olub.

ABŞ-ın Los Anceles şəhərində yerləşən “Yaradılış II” kilsəsi tərəfindən ortaya atılan müalicə üsulu gizli şəkildə sosial mediada və kilsənin bəzi ölkələrdə keçirdiyi iclaslarda yayılmağa başaldılıb.

“Scientology” təriqətinin keçmiş üzvü olan Jim Humble tərəfindən qurulan kilsə insan həyatı üçün çox təhlükəli olan kimyəvi tərkibli ağardıcı vasitələrin təkcə autizmli xəstələr üçün deyil, bütün xəstəliklər üçün faydalı olduğunu və insanları sağaltdığını irəli sürüb.

İngilis mediasında yer alan xəbərə görə, kilsənin zəhərli və kimyəvi maddədən istifadə etməyə təşviq etməsi nəticəsində bir nəfərin öldüyü və bir çox insanların ciddi şəkildə sağlamlıq problemləri yaşadığı bildirilib.

Qeyd edək ki, hələ də müalicəsi tapılmayan autim xəstəliyi Briləşmiş Krallıqda hər 100 uşaqdan birində aşkar edilir.

A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00