Autizmlilər İdman Klubu çempionatdan gümüş medalla döndü - FOTO

Autizmlilər İdman Klubu çempionatdan gümüş medalla döndü – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

Autizmlilər İdman Klubu (AİK) təmsilçisi Xaqan Əliyev, Türkiyədə keçirilən xüsusi qayğıya ehtiyacı olan idmançılar arasında stolüstü tennis çempionatında gümüş medal sahibi olub.

“A24.az” xəbər verir ki, fevralın 2-dən 4-nə dək Türkiyənin Antalya şəhərində keçirilən stolüstü tennis çempionatında AİK Azərbaycanı təmsil edib.

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə yarışlara qatılan AİK-ə yeganə medalı, klubun aktiv üzvü olan Xaqan Əliyev qazandırıb. Yarışlarda yüksək nəticə göstərməsinə baxmayaraq, sonuncu final mərhələsində rəqibindən az xal toplayan klub təmsilçisi Xaqan Əliyev gümüş medal sahibi olub.

Yarışlar bitdikdən sonra təmsilçilərimiz fevralın 5-də vətənə dönüblər.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, İdman, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar