Autizmlilərin İdman Klubu «Zirə» klubunun məşqində — FOTOLAR

Autizmlilərin İdman Klubu «Zirə» klubunun məşqində — FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

«Autizmlilərin İdman Klubu İctimai Birliyi»nin üzvləri «Zirə» futbol klubunun bu gün baş tutan məşqində qonaq olublar.

“A24.az” xəbər verir ki, klubun mətbuat xidmətindən verilən məlumata görə, autizmli gənc və uşaqlar Bakı Olimpiya Stadionunda «Zirə» klubunun üzvləri ilə birlikdə məşq ediblər.

İB-nin sədri Elnur Məmmədov dəvətə görə «Zirə» klubunun rəhbərliyə təşəkkür edib: «Autizmli uşaqlar üçün bu cür görüşlərin təşkil edilməsi çox faydalıdır. Dəvət üçün başda «Zirə» FK-nın baş məşqçisi Ayxan Abbasov olmaqla, klubun bütün üzvlərinə təşəkkür edirik. Autizmli uşaqlar da cəmiyyətin bir üzvüdür. Onları unutmaq və xəstə adlandırmaq olmaz. Biz klubumuzda bu uşaqlara idman vərdişləri aşılamaqla yanaşı, onlara həm də mənəvi dəstək oluruq. Məhz bu səbəbdən də idmanın hər sahəsində olduğu kimi autizmli gənc və uşaqların futbol vərdişlərini gücləndirmək üçün klubların təlim məşq bazasına səfər edirik. Bundan əvvəl «Qarabağ», «Neftçi» klublarının təlim məşq bazasında qonaq olmuşuq», — deyə E.Məmmədov əlavə edib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, İdman, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar