A24 Xeber

Avropa Birliyindən Türkiyəyə Afrin çağırışı – CAVAB GECİKMƏDİ

Avropa Birliyindən Türkiyəyə Afrin çağırışı – CAVAB GECİKMƏDİ
77
19 Mart 2018 - 18:14

Avropa Birliyinin (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali təmsilçisi Federica Mogherini, TSQ-nin böyük bir uğurla davam etdirdiyi “Zeytun Budağı” Hərəkatıyla bağlı bəyanat verib.

A24.az xəbər verir ki, Avropa Birliyinin (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali təmsilçisi Federica Mogherini Afrinə keçirilən “Zeytun Budağı” Hərəkatına görə, Türkiyəni tənqid edib. Prosesin inkişafından “qayğı duyduğunu” bildirən Mogherini, Türkiyəni münaqişələrin azalacağı istiqamətində təminat verməyə çağırıb.

TÜRKİYƏDƏN CAVAB GECİKMƏDİ

Federica Mogherininin, “Zeytun Budağı” əməliyyatının əvvəlindən bu yana Ankaraya, “Birləşmiş Millətlər Təşkilatının terror siyahısında yer alan təşkilatlara yönəlməsi yönündəki tövsiyəsinə Türkiyədən sərt təpki gəlib.

Mogherininin bu açıqlamalarından sonra Türkiyənin Avropa üzrə naziri Çelik, AB-nin Türkiyənin Afrindəki terrorla mübarizəsi haqqında başdan bəri yanlış bir mövqe içində olduğunu, dəstək vermək əvəzinə, sadəcə tənqid etməklə məşğul olduğunu ifadə edib.

Çelik, sosial media mesajında, “Bizə yalnız BMT siyahısında olan terror təşkilatları ilə mübarizə edin” deyirlər. BMT siyahısında olmayan bir terror təşkilatı ərazimizə raket atarkən, bununla mübarizə etmək əvəzinə, illərlə BMT-nin siyahıya almasınımı gözləyəcəyik” deyə, məntiqi təpki göstərib.

A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00