Avropa Birliyini dağıtmaq istəyən ölkələrin adları bir-bir açıqlandı

Avropa Birliyini dağıtmaq istəyən ölkələrin adları bir-bir açıqlandı
Want create site? Find Free WordPress Themes and plugins.

Avropa Birliyi Komissiyasının Büdcədən məsul üzvü Günther Oettinger Avropa Birliyini dağıtmaq istəyən ölkələrin adlarını açıqlayıb.

“A24.az” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Günhterin adını açıqladığı ölkələr isə Polşa, Macarıstan, Rumıniya və İtaliyadır.

Günther Oettinger Almaniya Federal Sivil Quruluşları Birliyi tərəfindən təşkil edilən mərasimdə açıqlama verib: “Məncə Avropa Birliyi layihəsi ölümcül təhlükə ilə üz-üzədir. Avropadakı bəzi dövlətlər layihəni zəiflətməyə, dağıtmağa çalışır”. Daha sonra həmin ölkələrin adlarını sadalayıb və bunların Polşa, Macarıstan, Rumıniya və İtaliya olduğunu iddia edib.

Günther öz ölkəsi Almaniyanı da tənqid edərək Berlin hökumətinin büdcəylə bağlı Avropa Birliyi üçün kifayət qədər vəsait ayırmadığını bildirib.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar