A24 Xeber

Avropa Liqasının III təsnifat mərhələsinin püşkü atıldı

Avropa Liqasının III təsnifat mərhələsinin püşkü atıldı
27
23 İyul 2018 - 18:51

 Avropa Liqasında III təsnifat mərhələsinin Əsas yolunun püşkü atılıb.

İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə ümumilikdə 91 komandanın mümkün rəqibi müəyyənləşib. Püşkə II raundun 37 cütü, mübarizəyə birbaşa qatılacaq 13 kollektiv, eləcə də Çempionlar Liqasının Liqa yolunun II təsnifat mərhələsinin iki cütlüyü qatılıb.

I təsnifat mərhələsində “Neftçi”ni mübarizədən kənarlaşdıran “Uypeşt” (Macarıstan) “Sevilya” (İspaniya) səddini keçərsə, “Jalgiris” (Litva) – “Vaduts” (Lixtenşteyn) cütünün qalibi ilə qarşılaşacaq. “Keşlə”dən güclü olan “Baltsan” (Malta) “Slovan”nı (Slovakiya) da adlayarsa, “Rapid”lə (Avstriya) üz-üzə gələcək. “Qəbələ”nin yolunu kəsən “Proqres” isə (Lüksemburq) “Honved”i (Macarıstan) üstələyəcəyi təqdirdə, “Ufa” (Rusiya) – “Domjale” (Sloveniya) cütünün qalibi ilə rəqib olacaq.

Türkiyə təmsilçilərindən “Beşiktaş” “B36 Torshavn”nı (Farer adaları) udacağı halda, LASK (Avstriya) – “Lillestrom” (Norveç) cütünün qalibi ilə görüşəcək. “Başakşehir” isə “Aberdin”lə (Şotlandiya) qüvvəsini sınayacaq.

Qeyd edək ki, III təsnifat mərhələsinin oyunları avqustun 9-da və 16-da keçiriləcək.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00