Avropa liqasının yarımfinalçıları müəyyənləşəcək - GÜNÜN OYUNLARI 

Avropa liqasının yarımfinalçıları müəyyənləşəcək- GÜNÜN OYUNLARI
Want create site? Find Free WordPress Themes and plugins.

Bu gün futbol üzrə Avropa Liqasında yarımfinalçılar müəyyənləşəcək.

A24.Az  xəbər verir ki, 1/4 final mərhələsinin cavab oyunlarından sonra qitənin ikinci ən nüfuzlu klub turnirində mübarizəni davam etdirəcək komandalar bilinəcək. Ötən həftə baş tutmuş ilk matçlara əsasən, evdə Rusiya MOİK-ni 4:1 hesabı ilə məğlub edən İngiltərə təmsilçisi “Arsenal” tapşırığın öhdəsindən böyük ölçüdə gəlib.

İtaliyanın “Latsio” və İspaniyanın “Atletiko” komandaları doğma meydanda 2 top fərqi ilə qalib gəliblər. Lakin “Zaltsburq” və “Sportinq”in də tur keçmək şansları az deyil. Eyni sözü Almaniyada “Leyptsiq”ə 0:1 hesabı ilə uduzan Fransa “Marsel”inə də şamil etmək olar.

Avropa Liqası

1/4 final, cavab oyunları

23:05. “Zaltsburq” (Avstriya) – Latsio (İtaliya)

Baş hakim: Damir Skomina (Sloveniya)

İlk oyun – 2:4

23:05. “Sportinq” (Portuqaliya) – “Atletiko” (İspaniya)

Baş hakim: Milorad Majiç (Serbiya)

İlk oyun – 0:2

23:05. MOİK (Rusiya) – “Arsenal” (İngiltərə)

İlk oyun – 1:4

Baş hakim: Feliks Tsvayer (Almaniya)

23:05. “Marsel” (Fransa) – “Leyptsiq” (Almaniya)

Baş hakim: Born Keypers (Hollandiya)

İlk oyun – 0:1

(Report)

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar