A24 Xeber

Avropa Məhkəməsi Aİ ölkələrini cərimələyə bilər – Səbəb?

Avropa Məhkəməsi Aİ ölkələrini cərimələyə bilər – Səbəb?
28
01 Aprel 2018 - 14:13

Avropa İttifaqının (Aİ) ekoloji məsələlər üzrə komissarı Karmen Vella bir sıra Aİ ölkələrində havanın çirkli olması ilə bağlı Lüksemburqdakı Avropa Məhkəməsinə müraciət etmək niyyətindədir.

“A24.az” bildirir ki, bu barədə bu gün Almaniyanın “Welt am Sonntag” qəzeti məlumat yayıb.

Vella məhkəməyə təqdim etmək üçün hazırladığı iddianamədə Almaniya, Fransa, Böyük Britaniya, İtaliya və İspaniya kimi ölkələrin adları yer alıb. İddianamə təmin olunacağı halda bu ölkələri yüksək məbləğdə cərimələnəcək. Məhkəmənin iddianaməni təmin edəcəyi gözlənilir.

Qəzet yazır ki, havanın təmizlənməsi məqsədi ilə şəhər mərkəzlərində dizel yanacağı ilə işləyən avtomobillərin istismarına qadağa qoyulması da tələb edilə bilər.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00