Avropa Olimpiya Komitəsinin prezidenti saxlanılıb

Avropa Olimpiya Komitəsinin prezidenti saxlanılıb
Want create site? Find Free WordPress Themes and plugins.

Rio-de-Janeyro polisi Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikkini Olimpiadaya qanunsuz biletlərin satışında şübhəli bilərək  saxlayıb. 

“A24.az” xəbər verir ki, bu barədə Trend TASS-a istinadən xəbər verir.

Bundan əvvəl Rio-de-Janeyro polisi İrlandiya əsilli Kevin Ceyms Mellonu və onun tərcüməçisi Barbara Karniyeri saxlayıb. Hər iki şəxs Böyük Britaniyanın “THG” şirkətini təmsil edirlər.

K.C.Mellonda Braziliyada keçirilən Olimpiadanın ən populyar yarışlarına 800 bilet aşkar edilib. Şahidlərin ifadələrinə əsasən, bəziləri Olimpiadanın açılış mərasimində iştirak etmək üçün K.C.Mellon və onunla əlbir olan insanlardan 25 min reala (8 min dollar)  biletlər əldə ediblər. Halbuki biletlərin həqiqi qiymətləri 1400 real (450 dollar) təşkil edib.

Qeyd edək ki, P.Hikki AOK-un rəhbəri olması ilə yanaşı, Beynəlxalq Olimpiya Komitəsinin icraiyyə komitəsinin üzvü və İrlandiya Olimpiya Komitəsinin prezidentidir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar