Avropa oyunlarında gözə dəyməyən dilənçilərin son vaxtlar şəhəri "basmasının" - SƏBƏBLƏRİ

Avropa oyunlarında gözə dəyməyən dilənçilərin son vaxtlar şəhəri “basmasının” – SƏBƏBLƏRİ
Want create site? Find Free WordPress Themes and plugins.

Hər ay onlarla insan avaralıq və dilənçiliklə məşğul oldularına görə, polis idarələrinə aparılaraq barələrində protokol tərtib edilir. Avaralıqla məşğul olan dedikdə — müəyyən yaşayış yeri və yaşamağa vəsaiti olmayan, hər hansı ictimai faydalı işlə və ya peşə fəaliyyəti ilə məşğul olmayan (qanunvericiliklə müəyyən edilmiş qaydada işsiz statusu almış şəxslər istisna olmaqla), mütəmadi olaraq xırda oğurluq və ya dilənçilik yolu ilə dolanan şəxslər başa düşülür.

Bəs, dilənçiliklə məşğul olmağa görə, qanunvericilikdə hansısa cəzalar nəzərdə tutulurmu? Ümumiyyətlə, insanların humanizm duyğularından istifadə edərək gün ərzində külli miqdarda vəsait qazandıqları halda, dövlətə və onun büdcəsinə heç bir xeyri toxunmayan dilənçilərin qarşısını almaq mümkündürmü?

Tanınmış hüquqşünas  Tahir Əlirzayev A24.Az-a açıqlamasında bildirdi ki, avaralıqla məşğul olmağa görə birinci dəfə işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla vətəndaşlara xəbərdarlıq edilir, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on günədək müddətə inzibati həbs tətbiq edilir, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan iyirmi beş manatadək miqdarda cərimə edilməklə və ya edilməməklə Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılır.

307-1.2. Yetkinlik yaşına çatmayanların öz valideynləri və ya başqa şəxslər tərəfindən avaralığa cəlb edilməsinə görə —

On manatdan on beş manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq edilir”.

Avropa oyunları ərəfəsində gözə dəyməyən dilənçilər niyə indi çoxdur?

Hüquqşünas Tahir Əlirzayevin sözlərinə görə, Avropa oyunları ərəfəsində demək olmaz ki, dilənçilər yox idi, sadəcə onlar səliqəli geyimlərdə şəhərin gediş-gəliş çox olmayan yerlərində, yaşayış məntəqələrində daha çox olurdular.

“Onların şəhərin mərkəzinə girişi yox idi, növbəli rejimdə şəhərin müxtəlif yerlərində- metro çıxışları, dəmir yolları, avtovağzallarda polis əməkdaşları dururdu və dilənçiləri ordan uzaqlaşdırırdılar. Avtobuslar ayırırdılar, onları yığıb ən çox məskunlaşdıqları yerlərə aparırdılar və onlar qayıdana qədər müəyyən vaxt gedirdi”.

Dilənçiliyi özünə peşə seçənlərlə mübarizədə qanunlar acizdir

Ekspert bildirir ki, dilənçilərin ictimaiyyətə o qədər də təhlükəsi yoxdur. “Qanunvericilik maksimum 10 gün həbs nəzərdə tutur. Həbs edildikdə, dövlət pulsuz yeməklə təmin edir, bunun özü də vəsaitdir. Azərbaycan  qanunvericiliyi beynəlxalq hüquq normalarına uyğun hazırlanıb və mükəmməl qanunvericilikdir. Bizdə daha çox mübarizə aparılır, nəinki xarici ölkələrdə. Hər ölkədə onların sayı və mübarizə üsulları  fərqlidir”.

Ekspertin fikrincə, dilənçiliyi özünə peşə seçənlər və buna məcbur olanlar arasında fərq var. “Dilənçiliyi peşəyə çevirənlərlə mübarizə aparmaqda qanunlar acizdir. Bunun kökünü tamamilə kəsmək mümkün deyil. Ehtiyac üzündən bu yola düşənlər üçün isə sosial vəziyyətin yaxşılaşdırılması sahəsində dövlət və müvafiq qurumlar müəyyən addımlar atmalıdır, iş yerləri açılmalıdır. İş, sosial şərait yaxşı olsa, insanların avaralıq və dilənçiliklə məşğul olması da azalar”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyin mətbuat xidməti ilə əlaqə saxlasaq da, mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov sualımızı eşitdikdən sonra dəstəyi yerə qoydu, rəis müavini Orxan Mansurzadə isə sualımızı cavablandırmaqdan yayındı.

Vüsalə Əlövsətqızı, A24.AZ

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Gündəm, Araşdırma, Banner
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar