Avropada dəhşət! 5000 qadını kölə kimi işlədib sonra da təcavüz edirlər - VİDEO

Avropada dəhşət! 5000 qadını kölə kimi işlədib sonra da təcavüz edirlər – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

İtaliyanın Siciliya bölgəsində tarlada işləyən qadınlar artıq yaşadıqları zülmdən boğaza yığılıblar.

A24.Az xəbər verir ki, “The Guardian” qəzeti Avropanın 3-cü böyük tərəvəz istehsalçısı olan Ragusa kəndində tarlada işləyən Rumıniya köçkünü Nicoleta Bolos adlı qadının danışdıqlarını nəşr edib.

Bolos bildirib ki, 3 il boyunca müdiri tərəfindən ancaq təcavüzə məruz qalıb: “Ərim mənə səssiz qalmalı olduğumu dedi. Çalışdığımız tarlanın sahibi mənimlə münasibətə girmək istədiyini dedi, ona qarşı çıxsaydım pulumuzu verməzdi və bizi işdən uzaqlaşdırardı. Ərimin dəli olduğunu düşündüm, ancaq qarşı çıxanda məni döydü. Müdirimiz nə desə əməl etməli olduğumu dedi. İşə davam edə bilmək üçün tək yol bu idi. Bir gecə müdir yanıma gələndə məni silahla təhdid etdi, tərpənsəm başımdan vuracağını dedi. İşini qutarandan sonra da çıxıb getdi”.

Bolos həmçinin əlavə edib ki, rumin işçi qadınlar müdiri və onun dostları üçün illərdir ki, əyləncə halına gəliblər: “Buraya daha yaxşı bir yaşayış üçün gəlmişdim, başqa bir Avropa ölkəsində daha yaxşı işim olacağını düşünmüşdüm, ancaq sonumuz köləlik oldu”.

Qeyd edək ki, Ragusada Bolos kimi çadırlarda insanlıqdan kənar şərtlər daxilində 5000 qadın işləyir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya, Media, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar