A24 Xeber

Avropanın ilk sualtı restoranı AÇILDI

Avropanın ilk sualtı restoranı AÇILDI
41
04 Sentyabr 2018 - 0:54

Avropanın ilk sualtı restoranı fəaliyyətə başlayacaq.

A24.Az “ölkə.az”-a istinadən bildirir ki, “Under” adlı restoran Norveçdə inşa edilir. Layihə 2019-cu ilin əvvəlində başa çatacaq.

Restoran Norveçin Bali kəndində qurulur. Obyekt həm restoran kimi, həm də dəniz həyatının incələndiyi bir araşdırma mərkəzi kimi fəaliyyət göstərəcək.
Tikinti ilə məşğul olan “Snohetta” şirkəti Misirdəki İskəndəriyyə kitabxanası və Norveç Milli Opera və Balet binasını inşa edib. Bir qaya parçasından inşa edilən restoranın xarici divarları 1 metr qalınlığındadır. Bunun sayəsində dənizdəki molyusklar divara yapışa biləcək. Restoran dəniz səviyyəsindən beş metr aşağıda inşa edilir.

11 metr eni, 4 metr eni olan restoran iri pəncərələrlə təchiz edilir. Bu pəncərələr sayəsində dəniz altındakı həyatı bütün çılpaqlığı ilə müşahidə etmək mümkün olacaq.

Restoran üç hissədən ibarətdir: giriş, bar və restoran. Eyni anda 100 nəfər müştəriyə xidmət edə biləcək.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00