Avropaya miqrant daşıyan azərbaycanlı tutuldu - VİDEO

Avropaya miqrant daşıyan azərbaycanlı tutuldu – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Belarusun xüsusi təyinatlı sərhəd xidməti əməkdaşları Volojinski rayonunun Rakov aqrar şəhərciyi yaxınlığında Avropa İttifaqına miqrant aparan beynəlxalq cinayətkar qrupun üzvlərini saxlayıblar.

A24.Az xəbər verir ki, qrupun təşkilatçısı 33 yaşlı Azərbaycan vətəndaşı olub.

Onunla bərabər Belarus vətəndaşı olan iki daşıyıcı və Rusiydan olan çeçen əsilli iki bələdçi tutulub. Saxlanılan şəxslər Belarus ərazisi ilə dövlət sərhədi istiqamətində sənədləri olmayan 11 Vyetnam vətəndaşı aparırmışlar.

Hazırda təşkilatçı, vasitəçi və bələdçilərə qarşı Belarus Cinayət Məcəlləsinin “Bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq qanunsuz miqrasiya təşkil etmək” maddəsi üzrə cinayət işi açılıb. (Oxu.az)

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Dünya, Kriminal
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar