Avstraliyada üçüncü sərbəst yürüşlər: Fettel Həmiltonu taxtdan endirdi

Avstraliyada üçüncü sərbəst yürüşlər: Fettel Həmiltonu taxtdan endirdi
Want create site? Find Free WordPress Themes and plugins.

a24.az xəbər verir ki, Ferrari sürücüləri həftəsonu ərzində ilk dəfə sıralanma rejimində işləyiblər və sessiyanın əvvəlindən liderliyi ələ alıblar. Sebastyan Fettel ən sürətli dövrəni vurub. Komanda yoldaşı Kimi Rəykkönen ona dərhal cavab vermək istəyib, lakin trasdakı qırıntı onun maşınının təkərini deşib və bu cəhdi uğursuz olub. Kimi bir müddətdən sonra trasa qayıdıb və liderliyə yüksəlib, lakin Sebastyan möhtəşəm dövrə vuraraq ən yaxşı nəticəni yenidən ələ keçirib, həm də trasın yeni rekordunu müəyyən edib.

Mercedes AMG sürücüləri də UltraSoft-larla çıxış ediblər, lakin Fettelin tempinə çata bilməyiblər. Həm Valtteri Bottas, həm də Lyuis Həmilton ona demək olar ki, yarım saniyə uduzublar. Lyuis bir neçə səhvə yol verib, lakin sektorlar üzrə ən yaxşı nəticələrini topladıqda belə, Fetteldən xeyli ləng olduğunu görə bilərik. Bir dəst UltraSoft təkər itirən Kimi isə daha bir sürətli dövrəyə cəhd etməyib.

Beşinci yer uğrunda gərgin mübarizə gedib. Rikkardo uzun müddət bu yeri zəbt etsə də, yeni təkərlərlə yaxşı nəticə göstərən Hülkenberq onu qabaqlayıb. Sürücülər yeni UltraSoft təkərlərlə trasa qayıdaraq nəticələrini yaxşılaşdırmaq istəyiblər, lakin sessiya qırmızı bayraqlarla dayandırılıb. Ləns Stroll 10-cu döngənin çıxışında səhvə yol verib və maşını divara vurub. Lənsə heç nə olmayıb, lakin maşının sağ tərəfi xeyli zədələnib. Sessiyanın sonuna bir neçə dəqiqə qaldığından yenidən davam etdirilməyib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Formula1, İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar