A24 Xeber

Avstraliyanı təhlükə gözləyir: insanlar indidən təxliyyə edilir

Avstraliyanı təhlükə gözləyir: insanlar indidən təxliyyə edilir
561
27 Mart 2017 - 8:12

Avstraliya hökuməti qarşıdan gələn “Debbi” qasırğasından qabaq ölkənin şimal-şərqindəki Kvinslend ştatının bir neçə min sakinini təxliyyə edir.

“A24.az”ın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Avstraliya meteoroloji bürosu xəbərdarlıq edib ki, 2011-ci ildəki “Yasi” tropik qasırğasından sonra “Debbi” ən pis ola bilər. Büro fırtınaya ikinci dərəcə verib.

Gözlənilir ki, yaxın günlərdə siklon dördüncü dərəcəyə kimi güclənəcək, küləyin sürəti isə saatda 300 kilometrədək artacaq.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00