Avstriya məscidləri bağlamaqla təhdid etdi

Avstriya məscidləri bağlamaqla təhdid etdi
Want create site? Find Free WordPress Themes and plugins.

Vyananın ən böyük məscidlərindən birində Çanaqqala müharibəsinin canlandırıldığı mərasim Avstriyada gündəm olub.

“A24.az” Türkiyə mediasına istinadən xəbər verir ki, 2016-cı ildə çəkildiyi bildirilən və həftəlik dərc olunan “Falter” qəzetində yayımlanan şəkillərdə əsgər paltarı geyinən uşaqlar Birinci Dünya Müharibəsi zamanı Çanaqqalada savaşan əsgərləri canlandırıb. Şəkillərdən birində şəhid rolunu canlandıran uşaqların yerdə uzandıqları və üzərlərinə Türkiyə bayraqları örtüldüyü görünür.

Bu görüntülər Avstriyada böyük reaksiyaya səbəb olub. Belə ki, Avstriyanın Baş naziri məscidi bağlamaqla təhdid edib.

Şəkillərin yayımlanmasından sonra açıqlama verən Avstriyanın Baş naziri Sebastian Kruz “sözügedən hadisənin Avstriyada yeri olmadığını və belə bir hadisəyə əsla dözüm göstərməyəcəyini” söyləyib.

Daha sonra Sebastian Kruz Avstriya qanunlarına görə mərasimin keçirildiyi Avropa Türk İslam Birliyinə aid olan məscidin bağlana biləcəyini deyib. Həmçinin Vyana bələdiyyəsinin müsəlman icmalarına göstərilən maddi dəstəklərə dövlətin daha ciddi yanaşmasının vacibliyini vurğulayıb.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya, Din
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar