Avstriyadan İSLAM ölkələrinə qarşı hörmətsizlik: 7 məscid bağlanır... FOTOLAR

Avstriyadan İSLAM ölkələrinə qarşı hörmətsizlik: 7 məscid bağlanır… FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Avtriya Baş Naziri Sebastian Kurz məscid və müsəlman topluluqları ilə bağlı qəribə açıqlama verib. 

A24.Az xəbər verir ki, artıq Mədəniyyət Nazirliyi tərəfindən Kurzun açıqlanması rəsmiləşdirilib. Bu qərara görə 7 məscid bağlanacaq və onlardan biri Vyanada yerləşir. Bundan başqa ölkə rəsmiləri Türk İslam mədəniyyət və Sosial Yardımlaşa Birliyinin (ATİB) üzvü olan 11 imamı da departasiya qərarı qəbul ediblər.

 

Ümumilikdə isə 40 imamın ölkədə yaşama icazəsinin əlindən alına biləcəyi də bildirilib. Səbəb kimi isə, onların Avstiyanın qayda-qanunlarına zidd davranmaları göstərilib.

Ölkənin Baş Naziri Kruz, Daxili İşlər Naziri Herbel Kikl və Mədəniyyət Naziri Gernot Blümel ( sağ radikalçı irqçilər) İslamla bağlı qanunlara zidd olduğunu səbəb göstərərək belə bir addım atdıqlarını bildirib.

Baş Nazir Kurz belə bir qanunun ilk dəfə qüvvəyə minəcəyi ilə bağlı da etiraf edib. O, islamla bağlı qanunun indiyədək istifadə edilmədiyini, bununla da mədəniyyət sahəsinin ətraflı səlahiyyətlərlə təmin olunduğunu iddia edib.

Xatırladaq ki, 2016-ci ildə Türkiyə məscidin təmir-bərpası üçün Avstriyaya maddi dəstək göstərmiş, bu hal isə ölkədə gərginliyə səbəb olmuşdu.

A24.Az

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət, Din
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar