A24 Xeber

Avtobusda növbəti təcavüz: 10 yaşlı qız yatdığı yerdə… – FOTOLAR

Avtobusda növbəti təcavüz: 10 yaşlı qız yatdığı yerdə… – FOTOLAR
450
13 Mart 2018 - 11:40

Anası ilə səyahətə çıxan 10 yaşlı qız avtobusda cinsi istismara məruz qalıb.

A24.Az xəbər verir ki, hadisə Türkiyənin böyük sərnişindaşıma şirkətlərindən olan “Merto Turizm”də baş verib.

Belə ki, azyaşlı qız məktəb tətilində anası ilə birgə Iğdırdakı qohumlarını görməyə gedib. 4-cü sinif şagirdi İstanbula qayıdarkən evli olduğu deyilən şirkət əməkdaşının istismarına məruz qalıb. Hər şey azyaşlı qızın baş verənləri xalasına danışması ilə ortaya çıxıb.

“Avtobusda babam 5 nömrəli anam və mən 25-26 nömrəli yerlərdə əyləşmişdik. Babam uzun müddət bizdən ayrı qaldığı üçün anam yanına gedib onunla oturdu. Mən də Tv-də bir proqram izlədikdən sonra yatdım. Oyananda köynəyinin üstündə Cihat T. yazan çay və kofe paylayan şəxsin əli sinəmin üstündə idi. Məhrəm yerlərimə toxunanda tamamilə yuxudan oyandım. Mən oyananda səssizcə dedi ki “yat” Mən yatanda ayaqlarım pəncərə tərəfdə idi. Başımı isə koridor tərəfə yastığa qoymuşdum. Həmin şəxs yanımda oturdu. Mən narahat olduğumdan digər stula  keçdim. Yenidən gəlib yanımda oturdu. Mənədən “atam hardadı?, “ananın sevgilisi varmı?” kimi suallar soruşdu.  Dedi ki sizin evə ziyarətə gələcəm. Mən oturanda məhrəm yerlərimə toxunub “Xoşuna gəlirmi?” deyə soruşdu. Mən yox deyəndə yanaqlarımdan, dodağımın kənarından öpdü. Dedi ki, qəlbimi qırırsan. Sonra qalxıb getdi. Qorxduğumdan anama heç nə demədim. Evə gələndə xalam niyə kefsiz olduğumu soruşdu. Mən də hər şeyi olduğu kimi danışdım” – deyə azyaşlı qız polis sorğusunda bildirib.

Məktəbli qızın şikayəti ilə Cihan T. tutularaq, istintaqa təhsil verilib.

Qeyd edək ki, “Metro Turizm”də bir dəfə də təcavüz qalmaqalı yaşanıb.

A24.Az 

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00