A24 Xeber

Avtobusların hərəkətinə edilən dəyişiklik ləğv edilib

Avtobusların hərəkətinə edilən dəyişiklik ləğv edilib
68
27 İyun 2017 - 15:10

Bakıda keçirilən “Formula-1” Azərbaycan Qran-pri yarışları ilə əlaqədar ictimai nəqliyyatın fasiləsiz fəaliyyətini təmin etmək məqsədi ilə 18 marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyasına edilən dəyişiklik ləğv edilib.

A24.Az-ın məlumatına görə, Bakı şəhər halqasının əhatə etdiyi küçə və prospektlərdə nəqliyyatın hərəkəti bərpa olunduğundan artıq sərnişin avtobusları da əvvəlki sxem üzrə hərəkət edirlər.

“Bununla yanaşı yarışlarla əlaqədar nəqliyyatın hərəkətinə bağlı olan küçələrdə svetaforların da adi rejimdə fəaliyyəti bərpa edilib”, – deyə məlumatda qeyd olunub. (Qafqazinfo)

A24.Az

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00