Avtomobil bazarında durğunluq: "Maşın alan yoxdur"- QİYMƏTLƏR

Avtomobil bazarında durğunluq: “Maşın alan yoxdur” – QİYMƏTLƏR
Want create site? Find Free WordPress Themes and plugins.

Dolların manata nisbətdə məzənnəsi dəyişdikdən sonra bu öz təsirini avtomobil bazarına da göstərdi. Çünki maşın satışı ilə məşğul olanlara devalvasiyalara qədər satış işlərini dollar valyutası ilə həyat keçirirdilər. İndi isə satış manatla çox cüzi hallarda dollarla aparılır. Məzənnə ilə yanaşı dəyişən ikinci əl avtomobillərin qiymətlərini daha dəqiq öyrənmək üçün paytaxtın “Badamdar” qəsəbəsində yerləşən ən böyük avtomobil bazarına üz tutduq.

A24.Az-ın əməkdaşının satıcılarla söhbətindən sonra məlum olub ki, bazarda 2 aya yaxındır durğunluqdur. Satıcıların bildirdiklərinə görə, ikinci əl maşınların qiymətlərində ucuzlaşma yoxdur:

“Qiymətlər də heç bir dəyişiklik olmayıb. Mercedes C klass-ın qiyməti 2 ay bundan qabaq necə idisə, indi də elədir. Sadəcə maşın alan yoxdur. Biz də istəmirik ucuz qiymətə maşınımız sataq. Bazara maşın çıxaranlar sayı heç də az deyil, amma yaxın duran yoxdu. Milləti qınamırsan, bilmir bayrama hazırlaşsın, yoxsa bu çətin vəziyyət çıxsın. Biz də ehtiyac üzündən maşın satırıq”.

Avtomobil bazarındakı ikinci əl maşınların qiyməti aşağıdakı kimidir:

Mercedes C klass 1994 – 5600 manat

Mercedes C klass 1997 – 8.000 manat

Mercedes C klass 1998 – 8.500 manat

Mercedes E klass 2000 – 11.000-12.000 manat

Volkswagen Passat 2004-cü il – 5.500  – 6.000 manat

BMW 2005 – 17.000 – 18.000 manat

Mitsubish Pajero 2007 – 19.000-20.000 manat

Vaz 21 07  2010 – 4.800 – 6000  manat

Daewoo Nexia 2011 – 10.000 – 11.500 manat

Niva 2015 – 12.000 – 15.000  manat

Lada Priora 2016 – 13.000 – 15.000 manat

Prado – 22.000 – 25.000 manat

Ekspertlər bildirirlər ki, məzənnə siyasətinin dəyişməsin avtomobil bazarındakı qiymətlərə yenə təsir edəcək.

Orxan Aslanlı, A24.Az

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Gündəm, Araşdırma
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar