Avtomobil icarəsində BÖHRAN: "Dollar bahalaşandan, bu işlə məşğul olmuruq" - ARAŞDIRMA

Avtomobil icarəsində BÖHRAN: “Dollar bahalaşandan, bu işlə məşğul olmuruq” – ARAŞDIRMA
Want create site? Find Free WordPress Themes and plugins.

Avtomobili olmayan şəxslər adətən özəl, bayram günlərində və lazım olduğu hallarda 1 və ya 1 neçə günlük (həftəlik, aylıq) icarəyə maşın götürməyə üstünlük verirlər. Gündəlik icarə haqqı və avtomobil xərclərinin olmasından şikayətlənənlər olsa da bir çoxları “Rent a car”lardan istifadə edirlər.  

Bəs görəsən, 2015-ci ildə ölkədə yaşanan iki devalvasiyadan sonra və hazırda dolların manata nisbətdə məzənnəsi 1.74 manat olduğu halda, avtomobil icarəsi ilə məşğul olan xidmətlərdə vəziyyət necədir?

A24.Az məsələni araşdırmaq üçün paytaxtda avtomobil icarəsi ilə məşğul olan bir neçə xidmətlə əlaqə saxlayıb.

“Kral” Rent a Car-dan A24.Az-a verilən məlumata görə, 5 il bundan əvvəl qiymətlər necə idisə, indi də elədir:

“Hazırda qiymətlərin, eləcə də ehtiyat hissələrinin bahalaşmasına baxmayaraq biz qiymətləri qaldırmamışıq. 5 il bundan əvvəl, hansı qiymətə işləyirdiksə, indi də o qiymətə işləyirik. Qiymətləri dəyişməsək də, sifariş edənlərin sayın da azalma var.

Avtomobil icarəsi ilə məşğul olan “AVİS”  şirkətindən A24.Az-a bildirib ki, devalvasiyalardan sonra qiymətlər 2 dəfə bahalaşıb:

“Bizdə avtomobillər dollarla yəni manatın ekvavalentinə də çevirib, icarəyə veririk. Bahalaşma da ona görədi. Əvvəllər icarə qiymətini 48 dollara verdiyimiz zaman dolların məzənnəsi 0.78 idi, indi 1.74-dü. Qiymət artımı 2 dəfə artığı üçün siafrişçilərin də sayı kəskin azalıb”.

“Böyük həcmli motoru olan  avtomobillərimizin qiymətini dəyişməmişik. Əvvəllər hansı avtomobillərdi, indi də onlardı. Bizdə kirayələr 2 cürdü uzun müddətli və qısa müddətli ona görə bəzi vaxtlar maşınlar boş qalmır. Amma son il ərzində vəziyyət daha da pisləşib. Hazırda ən ucuz icarəyə verdiyimiz maşının qiyməti 48 dollar, ən bahası isə 180 dollardı. Bu qiymətlər gündəlikdi. Gün sayı çoxaldıqca qiymətlər aşağı düşür”, – deyə şirkətdən bildirilib.

Araşdırmamız zamanı məlum oldu ki, əvvəllər şirkət kimi fəaliyyət göstərməyib, yəni bir neçə avtomobili bir adamın əlində cəmləyib icarəyə verənlər, ölkədə yaşanan 2 devalvasiyadan sonra bu fəaliyyətlərini dayandırıblar. Avtomobil icarəsi ilə bir neçə ildi məşğul olan bəzi sahibkarlar isə icarə vermə qaydalarında dəyişiklik ediblər. A24.Az-a verdikləri məlumata görə, əvvəllər bir günlük, həftəlik və ya bir aylıq icarəyə verirdiksə, indi bir illik veririk:

“Dollar bahalaşanda sonra artıq bu işlə məşğul olmuruq. Əlimizdə də az maşın qalıb, ona görə də 1 illik icarəyə verib, başqa iş qurmağa başlıyırıq. Qiymət qaldıran kimi heç kim yaxın durmur. Dollar da bir tərəfdən bahalaşır. Məcbur bizdə də qiymətləri qaldırırdıq. Gördük sərf eləmir, biz də bu işin başını buraxdıq”.

Məsələyə münasibət bildirən avtomobil eksperti Eldəniz Cəfərli A24.Az-a açıqlamasında, hazırda avtomobil icarəsində tələbatın azaldığını vurğulayıb:

“Çünki hazırda turizm mövsüm deyil. Bu mövsüm adətən bizdə may ayından sonra başlayır. Mart ayından sonra İrandan qonaqlar gəlir, Ərəbistandan da gəlmələri gözlənilir. Turizm mövsümündə Azərbaycanda martda və maydan sonra olacağı gözlənilir. “Rent a car”ların da işi əsasən mövsüm zamanı daha çox olur. Yanvar və fevral ayında onların işi zəif və ya ümumiyyətlə heç olmur. Yayda Azərbaycanda “Formula 1” və “İslam Oyunları” keçiriləcəyi üçün avtomobil icarəsi daha çox o vaxtlar tələbat olacaq. Yanvar və fevral ayları avtomobil icarəsi üçün “ölü mövsüm”dür. Avtomobil icarəsini işlədə bilməyənlərin müxtəlif səbəbləri ola bilər. Əsas səbəb isə dolların manata nisbətdə məzənnəsinin bahalaşmasıdır”.

“Avtomobil ehtiyat hissələrinin konkret şəkildə nə qədər bahalaşması ilə bağlı məlumatım yoxdur. Ancaq hazırda bahalaşma deyil, manatın dəyər itirməsi prosesi gedir. Manat dəyərdən düşdükcə, müəyyən istehlak mallarının qiyməti qalxır və ya enir. Bəzilərində isə artırılan qiyməti, sonradan endirməyi yaddan çıxarırlar.  Manat zəifləyir, dollar bahalaşır. Dolların ekvavalentinə nisbətən də istehlak mallarının qiyməti yüksəlir. O cümlədən də, avtomobil ehtiyat hissələri, avtomobil sahəsində də digər xidmətlər ola bilər. Məsələn “Rent a car”ların işi niyə getmir? Əvvəl onlar avtomobili dolların ekvavalentində 1 gününü tutaq ki, verirdi 30 manata. Bu da 30 dollarla müqayisədə daha az edirdi. Ona görə də avtomobil sifariş edənlərə də sərf edirdi. Müştəri də bundan istifadə edirdi. İndi “Rent a car” 30 manata maşın verə bilmir axı. O məcburdu  maşını ən ucuz 30 dollara versin. 30 dollar ən ucuz avtomobil icarəsidir. Bu da indi manatla müqayisə də 50 manatdan çox edir. İstehlakçıya da bu sərf etmir. Bu problemlərin yaranması manatın dəyərdən düşməsinə görədir”, – deyə E.Cəfərli bildirib.

Orxan Aslanlı, A24.Az

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, İqtisadiyyat
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar