Avtomobil piyadanı vuraraq öldürdü

Avtomobil piyadanı vuraraq öldürdü
Want create site? Find Free WordPress Themes and plugins.

Göyçay rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

A24.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saat 21:00 radələrində, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 206-cı kilometrliyində, Göyçay rayonunun Bığır kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşı olan Məhəmməd Quliyev idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə yolu keçən piyadanı, Göyçayın Qarayazı kənd sakini 1956-cı il təvəllüdlü Eyvazov Sədiyar Bulud oğlunu vurub. Sədiyar Eyvazov aldığı ağır xəsarətlər səbəbindən hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar