Avtomobilini texniki baxışdan keçirməyənlərin NƏZƏRİNƏ: Reydlər başlayır

Avtomobilini texniki baxışdan keçirməyənlərin NƏZƏRİNƏ: Reydlər başlayır
Want create site? Find Free WordPress Themes and plugins.

“Bakıda texniki baxışdan keçməyən minik avtomobilləri ilə bağlı reydlərə başlanılıb”.

A24.Az xəbər verir ki, bunu Trend-ə Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

V.Əsədov bildirib ki, avtomobillərin müəyyən hissəsinin ilin əvvəlindən mayın 1-ə qədər nəzərdə tutulan vaxt ərzində texniki baxışdan keçməməsi ciddi narazılıq doğurur: “Bu baxımdan bugündən etibarən yol polisi tərəfindən saxlanılan nəqliyyat vasitəsinin texniki baxışdan keçməməsi aşkarlanarsa, inzibati qaydada protokol tərtib ediləcək. Bir daha xatırladırıq, texniki baxışdan təyin edilmiş müddət ərzində keçməməyə görə fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə edilir. Avtomobillərin texniki baxışı Bakı-Zabrat-Maştağa yolunun 1-ci kilometrliyində yerləşən diaqnostika mərkəzində həyata keçirilir”.

V.Əsədov yük avtomobillərinə və avtobuslara da texniki baxışdan keçməyi tövsiyə edib: “Yük avtomobilləri və avtobuslar texniki baxışdan keçmək üçün təqdim edilməlidir. Texniki baxışın noyabr ayının 1-ə qədər keçirilməsi nəzərdə tutulur. Onlar da texniki baxışdan keçməni təmin etməlidirlər, əks halda qanunvericilikdə göstərilən tədbirlər həyata keçiriləcək”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar