Avtoxuliqan saxlanılıb - VİDEO

Avtoxuliqan saxlanılıb – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Qaydaları pozan sürücülərlə mübarizə davam edir.

“A24.az” bildirir ki, Baş Dövlət Yol Polisi İdarəsi və Göygöl Rayon Yol Polisi bölməsi əməkdaşlarının keçirdiyi növbəti reyddə də xeyli sürücünün sükan arxasında sərxoş əyləşdiyi müəyyən olunub. Yoxlamalar vaxtı bir sürücü yol polisinin saxla işarəsinə tabe olmayaraq avtoxuliqanlıq edib.

Dərhal əraziyə əməliyyat qrupu cəlb olunub. Keçirilən axtarış tədbirləri nəticəsində sürücü Göygöl sakini 38 yaşlı Ramin Qurbanov saxlanılıb:

” Əməlimdən peşmanam. Tələsirdim ona görə bu iş oldu. Səhv etmişəm. Belə bir addım atmaq olmaz. ”

Onun barəsində toplanan material Göygöl rayon məhkəməsinə göndərilib.Yol hərəkəti qaydalarını kobud şəkildə pozan xeyli sayda sürücüyə isə inzibati protokol yazılıb.

https://youtu.be/ovH2-zP9tUc

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar