A24 Xeber

Axşama nə bişirək? – Almalı tart

Axşama nə bişirək? – Almalı tart
149
21 İyun 2017 - 16:00

Axşama nə bişirim? –  Qadınların ən çox düşündüyü sual və problem yaşadığı məsələ.

Food blogger Əfsanə Vəlibəyova sualınıza cavab tapmaqda sizə kömək edəcək.

A24.Az xanımların  gündəlik problemini aradan qaldırmaq üçün  layihəni təqdim edir:

Almalı tar üçün lazım olanlar: 

150 qr yağ

1 yumurta

3 xörək qaşığı şəkər tozu

1 qabartma tozu

Yarım stəkan soyuq su

Aldığı qədər un

İçlik üçün:

4 alma

1 sətkan şəkər tozu

2 xörək qaşığı darçın

1 sətkan qoz

Hazırlanması: 

İlıq halda yağın üzərinə yumurta, qabartma və şəkər tozu əlavə edilir. Bütün ərzaqlar bir qabda yaxşı yoğrulur və xəmir yarım saat soyuducuda saxlanılır.

İçliyin hazırlnamsı:

Almanın qabığı soyulub rəndədən keçirilir. Üzərinə şəkər tozu, qoz və darçın əlavə edilib, 30 dəqiqə qovrulur. Qovurlan içlik soyumağa qoyulur. Xəmir soyuducudan çıxarılır, istədiyiniz qabın formasına uyğun açılır. Diqqət olunmalıdır ki, xəmir qalın olmasın. Soyuyan içlik əlavə edilir. Qalan xəmirdən müxtəlif fiqurlar düzəldilib içliyin üzərindən düzlür.

Almalı tart 180 dərəcədə 30 dəqiqə bişirilir. Soyuduqdan sonra üzərinə şəkər kirşanı əlavə edilir.

 

(İnstagram / Legendary_kitcen)
Nərmin Kərim, A24.Az
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00